Moskva “Spartak” komandası Rusiya Kubokunun yarımfinalına yüksələrək “Lokomotiv” üzərində qələbə qazandı.
32gun.az bildirir ki, RZD Arenada keçirilən cavab oyununda “Spartak” 2:3 hesabı ilə qalib gəlib
Matçın 25-ci dəqiqəsində Aleksey Batrakov hesabı açdı. Lakin fasilədən əvvəl Manfred Uqallde “Spartak”ı hesabda bərabərləşdirdi. İkinci yarıda qonaqlar üstünlüyü ələ aldı: 53-cü dəqiqədə Markinyo komandayı önə çıxardı, 57-ci dəqiqədə isə Pablo Solari hesabı 1:3 etdi.
Matçın əlavə vaxtında hakim Jedsonun Batrakova qarşı etdiyi fauldan sonra “Spartak” qapısına penalti təyin etdi. Nikolay Komliçenko 11 metrlik zərbəni dəqiq yerinə yetirdi. Son dəqiqələrdə Montes sarı vərəqə aldı, Jedsonun irəliləyişini faulla dayandırdı.
Beləliklə, “Spartak” ardıcıl üçüncü Moskva derbisində qalib gələrək Rusiya Kubokunun yarımfinalına yüksəldi. “Lokomotiv” isə turnirdə Regionlar yolu üzrə mübarizəsini davam etdirəcək.
Hazırkı Kubok qalibi CSKA-dır. CSKA və “Lokomotiv” turnir tarixində ən çox titul qazanmış klublar siyahısında 9 qələbə ilə birinci yerdədirlər.
Nilay