Alimlər Mars atmosferində əvvəllər yalnız nəzəriyyədə mövcud olduğu düşünülən elektrik boşalmalarını ilk dəfə qeydə alıblar. Siqnallar təsadüfən Perseverance marsoxodunun üzərindəki SuperCam cihazının mikrofonu tərəfindən yazılıb.
32gun.az xəbər verir ki, tədqiqat Nature jurnalında dərc olunub.
SuperCam — hazırda Marsda işləyən yeganə mikrofon — küləyin və toz hərəkətinin səslərini qeyd edərkən aparatı iki toz burulğanının mərkəzində tapıb. Toulouse və Parisdən olan tədqiqatçılar yazılarda qeyri-adi akustik və elektromaqnit impulsları aşkar ediblər.
Analiz göstərib ki, bunlar tozun bir-birinə sürtünməsi nəticəsində yaranan, insanın quru havada metal tutacağa toxunduqda hiss etdiyi statik boşalmaya bənzər miniatür elektrik sıçrayışlarıdır. Belə bir hadisə ilk dəfə müşahidə ilə təsdiqlənib — əvvəllər yalnız modelləşdirilirdi.
Marsta toz hissəcikləri burulğan daxilində bir-birinə sürtündükcə elektronlarla yüklənir. Yerdən fərqli olaraq, Marsın seyrək atmosferində elektrik boşalması üçün daha az enerji tələb olunur.
Bu səbəbdən yığılan enerji bir neçə santimetr uzunluğunda mini-işqıma şəklində boşalır və zəif şok dalğası yaradır — məhz bu dalğanı mikrofon qeydə alıb.
Tədqiqat göstərir ki, akustik məlumatlar planetologiyada böyük potensiala malikdir: küləyin və turbulensiyanın öyrənilməsindən tutmuş, kamerayla görünməyən proseslərin aşkarlanmasına qədər.
Ayaz