Rusiyalı 14 yaşlı fiqurist Yelena Kostylevanın anası İrina Kostylevanı qızını döyməkdə ittiham edilməsi səbəbilə valideyn hüquqlarından məhrumetmə və hətta həbs cəzası gözləyə bilər.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki bunu Rusiyalı Vəkil Aleksandr Dobrovinski bildirib.
Dobrovinskinin sözlərinə görə, Kostylevanın barəsində cinayət işi açıla bilər:
“Kostylevanın anasını çox şey gözləyə bilər — valideyn hüquqlarından məhrumetmə və həmçinin cinayət işi açılması. Bu halda cəza ya cərimə, ya da iki ilədək azadlıqdan məhrumetmə ola bilər.”
28 noyabr 2025-ci ildə prodüser Yana Rudkovskaya sosial şəbəkələrində İrina Kostylevanın öz qızını döydüyünü göstərən videonu dərc edib.
Videoda Kostyleva-böyük qızına yumruqla qarın nahiyəsinə zərbə endirir. Fiquristin atası görüntülərin dərcinə yazılı razılıq verib.
Ayaz