Moskva vilayətinin Dədovsk şəhərində yerləşən reabilitasiya mərkəzinin sahibi Anna Xobotova həbs olunub.
32gun.az xəbər verir ki, bu barədə regionun ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
İstra məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Xobotova 22 yanvar 2026-cı ilədək qanuni həbs altında qalacaq.
Reabilitasiya mərkəzinin təşkilatçısı Anna Xobotovaya təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlər göstərmək, azadlığı qanunsuz məhdudlaşdırmaq və işgəncə vermək maddələri üzrə ittiham irəli sürülüb. O, dindirmə zamanı özünü təqsirli bilmədiyini və baş verənlərə görə peşman olmadığını bildirib.
25 noyabrda Moskva vilayəti üzrə İstintaq Komitəsi yetkinlik yaşına çatmayanlara işgəncə tətbiq edilən reabilitasiya mərkəzinin bağlanmasından sonra cinayət işi açıldığını açıqlamışdı. Mərkəzin əməkdaşlarının hərəkətlərində təhlükəsizlik tələblərinə uyğun olmayan xidmət göstərilməsi əlamətləri aşkar edilib. Bildirilib ki, mərkəzdə ümumilikdə 24 yeniyetmə qanunsuz şəkildə saxlanılıb. Onlardan birinə o qədər ağır xəsarət yetirilib ki, yeniyetmə komaya düşüb və həyatına real təhlükə yaranıb.
Ayaz