İDMAN
Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
29 noyabrda Çexiyada keçirilən Avropa Gimnastikasının Konqresində Fərid Qayıbov növbəti dəfə qurumun prezidenti seçilib.
32gun.az xəbər verir ki, səsvermənin nəticələri onun rəhbərliyi dövründə görülən işlərin yüksək qiymətləndirildiyini göstərib.
Qayıbovun yeni müddətdə də təşkilatın fəaliyyətinin gücləndirilməsi istiqamətində işlərini davam etdirəcəyi gözlənilir.