DÜNYA ÖZ XƏBƏR

Tatarıstanda yeniyetmə anasını müdafiə edərkən atasını bıçaqlayıb

Tatarıstanda ailə münaqişəsi zamanı oğul atasını bıçaqlayaraq öldürüb.

32gun.az bildirir ki, hadisə barədə KazanFirst məlumat yayıb.

Məlumata görə, insident Sidorovka qəsəbəsindəki mənzillərdən birində baş verib. Gecə saatlarında ailə başçısı arvadı ilə mübahisəyə başlayıb. Qadını onun övladları müdafiə etməyə çalışıblar.

Yetkinlik yaşına çatmayan oğlanlar əvvəlcə atalarını sakitləşdirərək evdən çıxarmağa nail olublar. Lakin kişi qısa müddət sonra geri qayıdaraq həyat yoldaşı ilə yenidən dava salıb. Bu zaman oğullardan biri bıçağa əl ataraq atasına xəsarət yetirib. Yaralı kişi qan itirərək hadisə yerində dünyasını dəyişib.

Yeniyetmə saxlanılıb və ifadəsində anasının döyülməsinə daha dözə bilmədiyini bildirib. Faktla bağlı istintaq aparılır.

Ayaz 

Oxşar Xəbərlər