Prens Uilyam Uelsin Nyupor şəhərində keçirilən sammitdə çıxışı zamanı həyat yoldaşı Ketrin (Kate Middlton) ilə münasibətlərinin ilk dövrləri barədə nadir detalları bölüşüb.
32gun.az xəbər verir ki, bu barədə The Independent məlumat yayıb.
Onun sözlərinə görə, cütlük ilk dəfə birlikdə Uelsdə – Anqlsi adasında yaşamağa başlayıb. “Uelsdə ev qurduğunuz zaman üç milyon nəfərlik ailənin bir hissəsinə çevrilirsiniz. Məhz bu istilik və aidiyyət hissi Uelsi digər yerlərdən fərqləndirir”, – deyə o bildirib.
Prins və Prenses Uelslilər 2010–2013-cü illərdə Anqlsidə yaşayıblar. Həmin dövrdə kral III Karlın böyük oğlu Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrində xidmət edirdi.
Ötən həftə Kate Middlton Anna Freyd xeyriyyə fondunu ziyarət edib. O, tədbir üçün Emilia Wickstead brendinə məxsus “qazayağı” naxışlı don, Boss brendinin yüksək dabanlı ayaqqabıları və uyğun çanta seçib. Saçları yumşaq dalğalarla formalaşdırılıb, makiyajı isə yüngül tonda edilib.
Bundan əvvəl Prenses Uelsli qadınların reqbi üzrə dünya çempionatında iştirak edib. O, bir neçə gün əvvəlkindən daha tünd saç rəngi ilə diqqət çəkib. Middlton saçlarını arxadan yığaraq qəhvəyi çalarlarında göz makiyajı və çəhrayı pomada ilə səhnəyə çıxıb.
Ayaz