DÜNYA ÖZ XƏBƏR

Rusiyada kişi yeni sevgilisini müdafiə edərkən keçmiş arvadını açarla döyüb.

Kursk vilayətində keçmiş həyat yoldaşları arasında baş verən mübahisə zorakılığa çevrilib.

32gun.az xəbər verir ki, bu barədə regionun birləşdirilmiş məhkəmə mətbuat xidməti məlumat yayıb.

Hadisə ötən ilin dekabrında baş verib. Keçmiş həyat yoldaşı uşaqların saxlanması üçün pul almaq məqsədilə kişinin evinə gedib. Həmin vaxt mənzildə kişinin yeni sevgilisi də olub və hər üçü sərxoş vəziyyətdə imiş.

Qadınlar arasında dava düşüb, nəticədə keçmiş arvad rəqibini saçından tutaraq mənzildən çıxarıb. Bundan sonra kişi keçmiş arvadına açarla bir neçə zərbə endirib və onu fiziki olaraq məhv etməklə hədələyib. Qadın hədələri real hesab edib, çünki əvvəllər də aralarındakı münaqişələrdə bıçaq tətbiq olunub.

Məhkəmə kişini Rusiya Cinayət Məcəlləsinin 119-cu maddəsinin 1-ci hissəsi və 115-ci maddənin 2-ci hissəsinin “v” bəndi üzrə təqsirli bilib. O, bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, regiondan kənara çıxması qadağan olunub və hər ay qeydiyyata gəlmək öhdəliyi qoyulub.

Ayaz 

Oxşar Xəbərlər