DÜNYA ÖZ XƏBƏR

Təcili yardım sürücüsünə hücum edilib: polis naməlum şəxsi axtarır

Naməlum şəxs xəstəni stasionara aparan təcili yardım avtomobilinin sürücüsünə hücum edərək onu döyüb və hadisə yerindən qaçıb.

32gun.az xəbər verir ki, bu barədə 112 Telegram kanalında məlumat verilir.

Hadisə Lugovskoy xəstəxanasının ərazisində baş verib. Təcili yardım avtomobili xəstəni stasionara çatdırdığı vaxt qarşısını bir yolsuzluq avtomobili kəsib. Təcili yardım sürücüsü siqnal verdikdə, həmin maşının sürücüsü düşərək tibb işçisinə hücum edib.

Zərbələr endirdikdən sonra şübhəli şəxs ərazidən uzaqlaşıb. Onun axtarışı ilə polis məşğuldur.

Ayaz 

 

Oxşar Xəbərlər