Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, danışıqlar zamanı ABŞ-ın sülh planı 28 bənddən 20 bəndə qədər azaldılıb.
32gun.az bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, tərəflər ərazi məsələsi üzrə kompromis əldə edə bilməyiblər. Zelenski qeyd edib ki, Ukrayna və Avropa ölkələrinin təhlükəsizlik üzrə müşavirləri Mayamidən gətirilmiş sülh planı layihəsinə dəyişikliklər edərək onu 9 oktyabr axşamına qədər yekunlaşdıracaqlar. Sənəd bundan sonra ABŞ tərəfinə təqdim olunacaq.