İDMAN
“ProSport” klubunun üzvü Züleyxa Şabanova Dohada zirvəyə yüksəldi – erməni rəqibini geridə qoydu
Qətərin paytaxtı Doha şəhərində keçirilən “Olympic Stars Rhythmic Gymnastics Championship” beynəlxalq yarışında Azərbaycanlı yeniyetmə gimnast Züleyxa Şabanova böyük uğura imza atıb.
32gun.az-ın məlumatına görə, “ProSport” Gimnastika Klubunun üzvü olan Z.Şabanova 2014-cü il təvəllüdlü gimnastlar arasında halqa, gürzlər və çoxnövçülük üzrə yarışaraq bütün rəqiblərini geridə qoyub. O, bu kateqoriyalar üzrə 3 qızıl medal qazanaraq kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, Züleyxa Şabanovanın geridə qoyduğu rəqiblər arasında Ermənistandan olan gimnast da yer alıb.