Sankt-Peterburqda meşə ərazisi qunduzların fəaliyyəti nəticəsində su basıb.
32gun.az xəbər verir ki, bu barədə şəhərin Abadlaşdırma Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə Sestroretsk sahə meşəbəyliyinin 23-cü kvartalında qeydə alınıb. Qunduzlar genişmiqyaslı “tikinti kampaniyası” apararaq 20-dən çox ağacdan müxtəlif qurğular inşa ediblər. Heyvanların bu fəaliyyəti nəticəsində əraziyə su dolub və meşə sahəsi qismən su altında qalıb.
Qeyd edək ki, bundan əvvəl Başqırdıstanın İşimbay şəhərində, Tayruk çayı üzərində yerləşən keçiddə də qunduzlar boruları bağlayaraq daşqına səbəb olmuşdular. Yerli sakinlərin sözlərinə görə, heyvanlar gecə saatlarında budaqları daşıyaraq bənd tikiblər və bu da bir neçə suötürücü borunun tutulmasına gətirib çıxarıb.
Ayaz