İDMAN ÖZ XƏBƏR

"Spartak" məşqçilərinə görə sanksiyalardan necə yayındıqlarını AÇIQLADI

Moskvanın “Spartak” futbol klubu baş məşqçi ilə bağlı vəziyyətə görə Rusiya Futbol İttifaqının (RFİ) klubların lisenziyalaşdırılması qaydalarını pozmayıb.

32gun.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti RİA Novosti-yə verdiyi açıqlamada bildirib.

Klubdan verilən məlumata görə, reqlamentə uyğun olaraq müvafiq lisenziyaya malik məşqçi Vadim Borovski müəyyən olunmuş müddətdə klub tərəfindən bəyan edilib.

Qeyd edək ki, komandanın baş məşqçisi vəzifəsindən Deyan Stankoviçin istefasından sonra onun səlahiyyətlərini Vadim Romanov icra etməyə başlayıb. Romanovun Rusiya Premyer Liqasında komandaya rəhbərlik etmək hüququ verən Pro kateqoriyalı lisenziyası yoxdur.

Noyabrın 11-də “Spartak” Stankoviçlə müqaviləni tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edib. Serbiyalı mütəxəssis 2024-cü il mövsümünün əvvəlindən etibarən Moskva klubuna rəhbərlik edib. Bu müddət ərzində komanda 64 rəsmi oyun keçirib, onlardan 37-də qələbə qazanıb, 10 oyunu heç-heçə edib və 17 dəfə məğlub olub.

Rusiya Premyer Liqası hazırda qış fasiləsinə çıxıb. Milli çempionatda 18 tur geridə qalıb. Turnir cədvəlinə 18-ci turda ÇSKA-nı məğlub edən və 40 xal toplayan “Krasnodar” liderlik edir. “Spartak” isə 29 xalla altıncı pillədə qərarlaşıb.

Ayaz 

Oxşar Xəbərlər