DÜNYA ÖZ XƏBƏR

Ana ərindən qisas almaq üçün uşaqlarını döyüb

Amur vilayətinin Blagoveşensk rayonunda məhkəmə yerli sakinə qarşı qaldırılmış cinayət işinə baxıb. Qadın azyaşlı övladlarını işgəncəyə məruz qoymaqda və bu görüntüləri onların atasına göndərməkdə təqsirli bilinib.

32gun.az xəbər verir ki, bu barədə region məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Məhkəmənin müəyyən etdiyinə görə, 2025-ci ilin yanvar–aprel ayları ərzində Çiqiri kənd sakini şəxsi münaqişələr və həyat yoldaşına qarşı qısqanclıq zəminində bir yaşlı və üç yaşlı oğullarına sistematik şəkildə zorakılıq edib. Qadın uşaqları döyüb və silkələyib, onlardan birinin boğazını əlləri ilə sıxıb, nalayiq ifadələr işlədib.

Təqsirləndirilən şəxs uşaqlara qarşı törətdiyi zorakılığı videoya çəkərək başqa şəhərdə işləyən atalarına göndərib. Növbəti video materialları alan kişi hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı cinayət işi başlanıb, azyaşlılar ailədən götürülüb. Məhkəmənin hökmü ilə qadına dörd il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası və sınaq müddəti təyin edilib.

Nilay

Oxşar Xəbərlər