Krasnoyarsk diyarında 46 yaşlı kişi buz deşiyində (prorubda) çimərkən həyatını itirib.
32gun.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə Malıy İmbej kəndində süni su hövzəsində baş verib. Yerli sakin təhlükəsizlik qaydalarına əməl etmədən buzlu suda çimmək qərarına gəlib. O, sığorta kəndiri olmadan suya atılıb və bundan sonra artıq sudan çıxa bilməyib.
Hazırda fövqəladə hallar xidmətinin əməkdaşları kişinin axtarışını davam etdirirlər. Xilasedicilər bir daha xatırladıblar ki, hazırlıq olmadan, digər şəxslərin nəzarəti və təhlükəsizlik qaydalarına riayət edilmədən buzlu suda çimmək həyati təhlükə yaradır.
Ayaz