2008-ci ilin Avropa Çempionatının bürünc medal sahibi və Rusiya milli komandası üzvü Diniyar Bilyaletdinov Avropa ölkələrinə getmək istəmədiyini açıqlayıb.
32gun.az bildirir ki, bu barədə məlumatı RB Sport yayıb.
Bilyaletdinov bildirib:
“Mənim “Everton”la əlaqəm yoxdur. Beş ildir Avropaya getmirəm, prinsiplərim belədir — baş verən hadisələrə görə. Ora getmək mənim üçün maraqsızdır, orada etməli heç nə yoxdur — baş verən hadisələr də imkan vermir.”
Futbolçu 2009–2012-ci illərdə İngiltərənin “Everton” klubunda çıxış edib.
Qeyd edək ki, fevral 2022-ci il tarixindən FIFA və UEFA Rusiya milli komandalarını, o cümlədən gənclər komandalarını və klubları öz turnirlərindən kənarlaşdırıb. Nəticədə Rusiya klubları Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına qatılmaq hüququndan məhrum edilib, kişi milli komandası isə 2022 Dünya Çempionatının seçmə mərhələsinə qatılmayıb. Həmçinin rusiyalı futbolçular 2024 Avropa Çempionatında iştirak etməyib və 2026 Dünya Çempionatının püşkatmasında iştirak hüququ qazanmayıb.
Ayaz