Kliniki Tibbi Mərkəz generatorların servisi və ehtiyat hissələrinə vəsait ayırır
“Kliniki Tibbi Mərkəz” Publik Hüquqi Şəxsi 2026-cı il üzrə generatorların ehtiyat hissələrinin yenisi ilə əvəz olunması və servis xidmətinin satın alınması ilə bağlı satınalma proseduruna başlayıb.
32gun.az xəbər verir ki, satınalma tibb müəssisəsinin fasiləsiz enerji təminatının qorunması məqsədi daşıyır. Proses çərçivəsində müxtəlif markalı generatorlar üçün aylıq servis xidmətləri, eləcə də bir sıra texniki avadanlıq və ehtiyat hissələrinin alınması nəzərdə tutulur.
Satınalma üzrə ehtimal olunan qiymət 37.701,00 AZN təşkil edir.
Texniki siyahıya əsasən, Teksan, Aksa, Genpower və FMT Group markalı generatorlar üçün 12 aylıq servis xidmətləri planlaşdırılır. Eyni zamanda generatorlara aid akkumulyatorlar (12V 135Ah və 12V 145Ah batareyalar), eləcə də müxtəlif AVR, rele və kontakt blokları satın alınacaq.
Ayaz