ÖZ XƏBƏR

SOCAR-ın 7 saylı yanacaq doldurma bazasında partlayış: Ölən var (YENİLƏNİB)

7 yanvar 2026-cı il tarixində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində “SOCAR PETROLEUM” QSC-yə məxsus 7 saylı neft bazası sahəsində partlayışla qeydə alınan yanğın hadisəsi baş verib. 

“SOCAR Petrolrum" QSC-dən  verilən məlumata görə, partlayış yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verib.

Yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Hadisə yerinə çevik olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.

Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan İbrahimov Şamil Zabit oğlu həyatını itirib. 

Hazırda yanğının başvermə səbəbləri araşdırılır

****

SOCAR Petroleum QSC-nin Qazax rayonundakı 7 saylı neft emalı yanacaq doldurma bazasında  partlayış baş verib.

32gun.az-a daxil olan məlumata görə, hadisə yanacaq doldurma maşını yanacaqla təmin edilərkən qeydə alınıb.
Partlayış nəticəsində bir nəfər həyatını itirib. Hadisənin səbəbləri araşdırılır. Rəsmi qurumlar tərəfindən əlavə məlumatın veriləcəyi gözlənilir.

Ayaz

Oxşar Xəbərlər