ÖZ XƏBƏR
Xətai Tibb Mərkəzində tullantıların daşınması üzrə müqavilə bağlanıb
M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən bərk məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsi xidmətləri ilə bağlı satınalma prosesi yekunlaşıb.
32gun.az xəbər verir ki, satınalmanın nəticələrinə əsasən, xidmətlərin göstərilməsi “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Tərəflər arasında 11.880 manat məbləğində müqavilə bağlanıb.
Müqaviləyə əsasən, tibb müəssisəsinin ərazisində formalaşan bərk məişət tullantılarının müntəzəm daşınması və müvafiq qaydada zərərsizləşdirilməsi təmin ediləcək.
Ayaz