İDMAN

Məşhur futbolçu öldü - FOTO

Kolumbiyalı keçmiş futbolçu, "Napoli" və "Real" (Madrid) klublarının sabiq yarımmüdafiəçisi Freddi Rinkon ağır qəzadan sonra vəfat edib.

32gun.az Trend-ə istinadən xəbər verir ki, 55 yaşlı keçmiş futbolçu bir neçə gün əvvəl yol qəzası keçirmiş, onun olduğu maşın avtobusla toqquşmuşdu. Ondan başqa, bir neçə nəfər də xəsarət almışdı.

F.Rinkon əməliyyat olunmasına baxmayaraq ağır vəziyyətdə qalırdı.

Qeyd edək ki, Freddi Rinkon 1994-1996-cı illərdə İtaliyanın "Napoli" və İspaniyanın "Real" klublarında çıxış edib.

O, həmçinin 1990-cı il dünya çempionatında Kolumbiya milli komandasının əsas oyunçularından olub.

Фреди Ринкон переведен в отделение интенсивной терапии в очень критическом  состоянии - Infobae

Oxşar Xəbərlər