MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

KVN komandasının üzvü dünyasını dəyişdi / FOTO

Vəziyyəti ağır olan KVN iştirakçısı Nikolay Sibirţev vəfat etdi

KVN-in "Tixiy omut" komandasının tanınmış üzvü Nikolay Sibirţev faciəli yol qəzasından demək olar beş ay sonra, 35 yaşında dünyasını dəyişib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu ilin əvvəlində onu yük maşını vurmuşdu.

Hadisədən sonra o, palyativ yardım şöbəsinə yerləşdirilmişdi. Yanvardan etibarən həkimlər onun həyatını xilas etməyə çalışsalar da, səylər nəticə verməyib.

"Bir neçə ay Kolya palyativ şöbədə qaldı. Beynin güc toplayıb ayılacağına inanırdıq. Amma onsuz da çox əziyyət çəkmiş ürəyi tab gətirmədi", – deyə sənətçinin yaxın rəfiqəsinin sözlərini 72.RU portalı sitat gətirib.

Məlumata görə, Nikolay yetim idi. Onun dostları vida mərasiminin keçirilməsi üçün vəsait toplayırlar. Mərasim Berdyuje kəndində baş tutacaq.

Nilay 

Oxşar Xəbərlər