MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Üçüncü dəfə ana olmağa hazırlaşan müğənni yarıçılpaq kamera qarşısına çıxdı

Müğənni Rihana özünün Savage x Fenty alt geyim brendinin reklam kampaniyası çərçivəsində çiçək naxışlı alt geyimdə kamera qarşısına keçib.

32gun.az xəbər verir ki, Şəkilləri o, Instagram səhifəsində paylaşıb. 

Rihana Mosaic Floral Lace adlı yeni kolleksiyanı təqdim edib. O, çiçək naxışlı alt geyimdə poz verib, saçlarını açıq saxlayaraq "yaş" effektli düzüm və kömür qara tonlarında göz makiyajı ilə görüntülənib.

"Bu çəkiliş boyu 'hamilə qarnımı gizlət' oyunu oynadım", – deyə müğənni zarafatla bildirib.

Rihana üçüncü dəfə ana olacağını ilk dəfə Met Gala tədbirinin qırmızı xalçasında açıqlayıb. O, boz korset geyərək böyümüş qarınını nümayiş etdirib. Həmçinin qısa qara jaket, yarıqlı maksi yubka, hündür daban ayaqqabılar və ikili boyun yaylığı ilə görünüşünü tamamlayıb.

Qeyd edək ki, Rihana 2020-ci ilin noyabrından etibarən reper A$AP Rocky ilə münasibətdədir. Cütlük 2022-ci ilin yanvarında ilk övladlarını gözlədiklərini elan edib və həmin ilin mayında RZA Athelston Mayers adlı oğulları dünyaya gəlib. 2023-cü ilin avqustunda onların ikinci oğlu Riot Rose Mayers doğulub.

Nilay

Oxşar Xəbərlər