MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Reper uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Rusiyalı reper Egor Krid uzun müddətdən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

32gun.az bildirir ki, bu barədə  “Leto” univermağının mətbuat xidməti məlumat verib.

9 iyun tarixində Moskvadakı İnqilab Meydanında yerləşən Lounge məkanında rus dizaynerlərinin məhsullarını təqdim edən “Leto” univermağının açılışı baş tutub. Bu tədbir “Moskvada yay” layihəsinin ən çox gözlənilən məkanlarından biri sayılır. Açılışın qonaqları arasında Egor Krid də yer alıb. O, tədbirə cins şort, boz rəngli futbolka və qara beysbol papağı ilə qatılıb.

Tədbirdə həmçinin Mariya List, Sofya Ernst, Olqa Kabo, İosif Priqojin və Valeriya, Vladislav Lisovets, Danila Polyakov, Mariya Çervotkina, Anastasiya Poletayeva, Kseniya Şipilova, Lina Dembikova, Olqa Şuranova, Mişa və Kitti, Moya Mişel, Qoşa Ruşev və başqaları iştirak ediblər.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Egor Krid kosmetika satışından cəmi üç ay ərzində 40 milyon rubl qazanmışdı. Onun öz kosmetika brendini noyabr ayında təqdim etdiyi məlum olmuşdu. Krid müxtəlif məhsulları – saç üçün şampun, bədən və əl losyonu, duş geli, saç maskaları və digər məhsulları onlayn satış platformasında təqdim edir.

Bundan əlavə, yaxın günlərdə Egor Krid “heytərlərə” müraciət edərək onları ondan əl çəkməyə çağırıb. O, pərəstişkarlarından da xahiş edib ki, onun sözlərində digər məşhurlarla münaqişəyə səbəb ola biləcək gizli məna axtarmasınlar.

Nilay 

Oxşar Xəbərlər