Nəriman Həsənzadə və Xəlil Rza Ulutürk xanımları ilə fotosu gündəm oldu
Ailəvi dost olan şairlər Nəriman Həsənzadə və Xəlil Rza Ulutürk sosial şəbəkələrdə gündəm yaradıb.
32gun.az xəbər verir ki, Fotoda onların xanımları ilə birlikdə təsviri paylaşılıb.
Maraqlı məqam odur ki, Moskvada təhsil aldıqları illərdə xanımları onlardan xəbərsiz qəfil şəhərə gediblər və bir dəfə də ərlərinə xəbər vermədən gecə Moskvanın küçələrini gəziblər. Nəriman Həsənzadə həmin illəri ömrünün ən gözəl çağları adlandırır.
Qısa məlumat:
Nəriman Həsənzadə – şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, filologiya elmləri namizədi, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi, bir neçə dəfə orden və mükafat laureatı.
Xəlil Rza Ulutürk – şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq şairi, ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.
Ayaz