MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Abdulla Şaiqin ailə fotosu sosial şəbəkədə maraq doğurdu
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və pedaqoq Abdulla Şaiqin nadir ailə fotosu sosial şəbəkədə paylaşılıb.
32gun.az xəbər verir ki, Arxivdən çıxan bu şəkil yazıçının həyat yoldaşı Şahzadə xanım, oğlu Kamal, qızı Gülbəniz və dayəsi ilə birlikdə çəkilib.
Qara-ağ formatdakı tarixi foto izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və XX əsrin əvvəllərində yaşamış ziyalı ailələrinin həyat tərzinə işıq salan nadir nümunələrdən biri kimi dəyərləndirilib.
Ayaz