Naomi Kembell Vogue jurnalının üz qabığında
Supermodel Naomi Kembell yeni Vogue jurnalının üz qabığında yer alıb.
32gun.az xəbər verir ki, o, Instagram səhifəsində paylaşıb.
56 yaşlı Naomi Kembell Chanel brendinin rəngarəng jileti və yarıqlı ətəyi ilə poz verib. Görünüşünü papaq və şalvar-corablarla tamamlayıb. Saçları düzləşdirilib, üzünə isə axşam makiyajı tətbiq olunub və şokolad rəngli pomada istifadə edilib.
Bir neçə həftə əvvəl paparatsilər Kembellin yaxtada istirahət edərkən şəkillərini çəkmişdilər. O, ağ bikinidə – qara dantel detallar və incə bağlamalarla büstqalter və alt paltarı ilə görünmüşdü. Paparatsilər onu duş qəbul edərkən də çəkmişdilər.
Bundan əvvəl Naomi Kembell DAZED jurnalının yeni nömrasının üz qabığında da yer almışdı. 1990-cı illərin supermodeli “çıplak” top və mini-ətəkdə, üzərinə kəpənək qanadları və bilərziklərlə poz vermişdi. Stilist onun saçlarını düzləşdirib və üzərinə qabıqlar yapışdırmışdı. Digər çəkilişlərdə isə model mini-çəkmə, dərin dekolteli paltar və top-alt paltarda poz vermişdi.
Nilay