P. Diddy Tupak Şakur və Shug Knightin öldürülməsini sifariş edib?
Amerikalı reper və prodüser Şon Kombs (P. Diddy), reper Tupak Şakur və musiqi şirkəti Death Row Recordsun təsisçisi Shug Knightin öldürülməsini sifariş etməkdə ittiham olunur.
32gun.az xəbər verir ki, vu iddia ABŞ mediası USA Today-də yayımlanan polis sənədlərinə istinadla verilib.
Keçmiş cinayətkar və “Crips” qrupunun üzvü Duayne Davis (Keff Di), Şakurun qətlində iştirak etdiyi üçün dindirilərək bildirib ki, cinayəti P. Diddy-nin 1 milyon dollar mükafat təklif etməsi səbəbindən törədib.
Hadisə 1996-cı ilin sentyabrında Las-Veqasda baş verib. Tupak Şakur boks döyüşündən sonra Orlando Andersona zərbə vurub və Anderson bu hadisəni əmisi oğlu Duayne Davisə danışıb. Daha sonra Davis və digər şəxslər qisas məqsədilə hərəkət ediblər.
Duayne Davis yalnız 2023-cü ilin sentyabrında saxlanılıb və 2025-ci ilin martında məhkəməyə çıxarılacaq. İddialara görə, Şon Kombsin Şakurun ölümündə iştirakı ilə bağlı sənədlərdə daha əvvəl iki ayrı ittiham da mövcud olub.
Nilay