MƏDƏNİYYƏT - ŞOU
ÖZ XƏBƏR
Hüseyn Cavidin ailəsi ilə nadir - FOTOSU
Sosial şəbəkələrdə ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük romantik şair və dramaturq Hüseyn Cavidin ailəsi ilə birlikdə çəkilmiş nadir fotosu yayılıb.
32gun.az xəbər verir ki, şəkildə Cavid bəy həyat yoldaşı Mişkinaz xanım, oğlu Ərtoğrul və qızı Turan xanımla əks olunub.
Paylaşılan foto qısa müddətdə geniş marağa səbəb olub və minlərlə izləyici tərəfindən bölüşülüb. İctimaiyyət nümayəndələri bu tarixi görüntünü Azərbaycan ədəbiyyatının böyük irsinin canlı xatirəsi kimi dəyərləndiriblər.
Qeyd edək ki, Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biridir. Onun yaradıcılığı ilə yanaşı ailə həyatı, övladlarına olan sevgisi də ictimaiyyət üçün daim maraqlı mövzulardan olub.
Ayaz