MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Məşhur aktrisa ana oldu  - Foto

“Teloxranitel” serialının ulduzu Mariya Şumakova ilk övladı dünyaya gəlib. Aktrisa körpəsini qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

32gun.az xəbər verir ki, o bu barədə öz "telegram" kanalında paylaşım edib l.

Şumakova etiraf edib ki, əməliyyatdan əvvəl çox qorxub: “Çox qorxurdum, forumlarda dəhşətli yazılar oxumuşdum. Amma hər şey çox yaxşı keçdi. Əksinə, gözəl bir hissdir – körpənin səsini eşidirsən. Üstəlik, peşəkar həkim və anestezioloq olanda onların rahatlığı sənə də keçir. Hətta həyat yoldaşımı da yanımda saxladım, onunla birlikdə oğlumuz Leonidin ilk qışqırığını eşitmək böyük xoşbəxtlik idi”.

Aktrisa qeyd edib ki, əməliyyatdan sonrakı bərpa dövrü çətin və ağrılı olsa da, hər şeyin öhdəsindən gəlmək mümkündür. Onun sözlərinə görə, bu təcrübədən sonra ailədə münasibətlər daha da səmimi və mehriban olub.

Məlumat üçün bildirək ki, Mariya Şumakova PR-menecer Vyaçeslav Qusevlə evlidir. Cütlük 2022-ci ildə ailə həyatı qurub, 2024-cü ilin aprelində isə onların ilk övladı – Leonid dünyaya gəlib.

Şumakova həmçinin vurğulayıb ki, oğluna biostraxovka (gələcəkdə müalicə məqsədilə istifadə edilə biləcək) hədiyyə edib. 245 min rubla başa gələn bu tibbi xidmət çərçivəsində körpənin göbək qanından götürülən kök hüceyrələr 20 il ərzində klinikada saxlanılacaq. Aktrisa bildirib ki, bu addımı atmaqla övladının gələcəyi üçün öncədən qayğı göstərib.

Nilay 

Oxşar Xəbərlər