Lütfəli Abdullayev və həyat yoldaşının nadir fotosu sosial şəbəkədə maraq doğurdu
Sosial şəbəkələrdə məşhur aktyor Lütfəli Abdullayev və həyat yoldaşı Sevda xanımın arxiv fotosu paylaşılıb və böyük maraqla qarşılanıb.
32gun.az bildirir ki, Nadir görüntü sənətsevərlərə aktyorun şəxsi həyatı və incə sevgi hekayəsini xatırladıb.
Məlumata görə, sənətkar Sevda xanımı illərlə sevib və 15 il ərzində ona 4 dəfə elçi göndərsə də, ailə razılığı almaq mümkün olmayıb. Cütlük yalnız aktyorun 44 yaşında bir araya gələ bilib və evlənib.
Paylaşım izləyicilərdə həm sevgi duyğusu, həm də nostalji xatirələr oyadıb. Bir çoxları Lütfəli Abdullayevin səhnədəki komik obrazlarının arxasında dərin və səmimi bir həyat hekayəsinin olduğunu qeyd ediblər.
Şərhlərdə tez-tez belə sözlər yazılıb:
“Bu sevgi əsl sədaqətin nümunəsidir.”
“Onun zarafatlarının içində böyük bir ürək var idi.”
Arxiv fotosu sənətkarın xatirəsini yenidən gündəmə gətirib və ona olan sevgi və hörmətin hələ də yaşadığını göstərib.