42 yaşlı aktrisa imicini dəyişib
Rusiyalı aktrisa və “Univer” serialının ulduzu Natalya Rudova saç rəngini dəyişib.
32gun.az bildirir ki, O, yeni görünüşünü Instagram hesabında paylaşıb.
42 yaşlı aktrisa salon çəkilişləri zamanı saçlarını çəhrayı rəngə boyadığını nümayiş etdirib. Fotolarda o, makiyajsız şəkildə kamera qarşısına keçib.
Rudova sağlam qidalanmağa və idmanla məşğul olmağa xüsusi diqqət yetirdiyini bildirib. Onun sözlərinə görə, bəzən qısa müddətlik “sıradan çıxdığı” vaxtlar olur və bu zaman bir neçə kiloqram artıq çəki yığır. Lakin aktrisa vurğulayıb ki, öz üzərində işləməsinin məqsədi başqalarının diqqətini çəkmək deyil, şəxsi rahatlığıdır.
Bir neçə həftə əvvəl Rudova şəxsi bloqunda qara mini don, parlaq uzun çəkmələr və gün eynəyi ilə yeni fotosessiyasından kadrlar paylaşmışdı. Həmin vaxt aktrisa saçlarını düzləşdirib və yüngül axşam makiyajı etmişdi.
Nilay