MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Aktrisa Dubay istirahətindən foto paylaşdı

Rusiyanın “Univer” serialının ulduzu, 42 yaşlı aktrisa Natalya Rudova Dubayda istirahət edərkən görüntülənib .

32gun.az xəbər verir ki, o "Instagram" səhifəsində paylaşıb. 

Rudova qırmızı çimərlik geyimində və ağ mini-ətəkdə kamera qarşısına keçib. Aktrisa saçlarını sərbəst buraxıb və makiyajdan imtina edib.

Məşhur aktrisa daha əvvəl etiraf edib ki, ailə qurmağı arzulasa da, hələ yanında olmaq istədiyi insanı tapmayıb. O bildirib ki, son dəfə həqiqətən 10 il əvvəl vurulub və bundan təəssüf hissi duysa da, münasibətə “sadəcə görüntü üçün” girməyi düşünmür.

Rudova forma saxlamaq üçün qidalanmasına ciddi nəzarət edir və intensiv məşq edir. Bəzən çətinlik yaşayaraq bir neçə kilo artıq çəki aldığını desə də, bunun qısa müddətli olduğunu vurğulayıb. Aktrisa diqqətini özünə yönəltdiyini, kişilərin rəğbəti üçün dəyişmədiyini qeyd edib. O, hazırkı görkəmindən razı olduğunu, lakin öz üzərində çalışmaqdan da vaz keçmədiyini bildirib

Nilay 

Oxşar Xəbərlər