MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Ukraynalı xalq artisti Stepan Hiqa 67 yaşında vəfat etdi

Ukraynanın xalq artisti, müğənni və bəstəkar Stepan Hiqa 67 yaşında dünyasını dəyişib.

32gun.az bildirir ki, bu barədə “Strana.UA” Lvov KİV-lərinə istinadla xəbər verib.

Son günlərdə Hiqa ayağının amputasiyasından sonra koma vəziyyətində idi. Jurnalist Vitali Qlaqolanın sözlərinə görə, amputasiya ilk əməliyyatın fəsadları səbəbindən məcburi addım olub. Stres fonunda artistin qan şəkəri kəskin şəkildə yüksəlib və bu da aşağı ətraflarda kritik qan dövranı pozuntularına səbəb olub. Onun vəziyyətinin son günlərdə son dərəcə ağır olduğu bildirilib.

UNIAN-ın məlumatına görə, Hiqa 19 noyabrda ağır, lakin stabil vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Ona təcili əməliyyat edilmiş, yaxın konserləri isə ləğv olunmuşdu. Müğənninin komandası Hiqanın bütün zəruri tibbi yardımı aldığını və bərpa prosesində olduğunu bildirmişdi. Diaqnoz açıqlanmamışdı.

Stepan Hiqa 1989-cu ildə “Beskid” adlı caz-rok qrupunu yaradıb. Qrup 1991-ci ildə dağılldıqdan sonra o, ilk dəfə aranjirovka və mahnı yazmağa başlayıb. 1995–2014-cü illərdə beş albom buraxıb. Onun ən məşhur mahnıları arasında “Bu yuxu”, “Gülümsə”, “Dostlarım” kompozisiyaları yer alır.

Nilay 

Oxşar Xəbərlər