Elgiz Əkbər: “TikTok dilənçisi” adlandırıldım, çox utandım
Aparıcı Elgiz Əkbər TikTok-da canlı yayıma girdiyi üçün tənqid olunduğunu açıqlayıb.
32gun.az bildirir ki, O, bu barədə “İki başlı” verilişində danışaraq sosial şəbəkə istifadəçilərinin onu haqsız yerə ittiham etdiyini bildirib.
Aparıcının sözlərinə görə, TikTok-da açdığı canlı yayım zamanı izləyicilər ona hədiyyələr göndərib:
“TikTok-da canlı açdım, amma bir dəfə də bağlaya bilmirdim. İnsanlar öz istəkləri ilə hədiyyə atırdılar. Necə deyim ki, atmayın? Bu, ayıb olmazmı? Kimsən sən ki, adama belə deyəsən? Camaat hədiyyə göndərir deyə, bu o deməkdir ki, mən dilənirəm?”
Elgiz Əkbər bildirib ki, sonradan hesaba 1200 manat məbləğində vəsaitin daxil olduğunu görüb:
“Girdim baxdım ki, 1200 manat pul gəlib. Heç bilmirdim necə gəlib, kim göndərib, kim ‘şir’ atıb. Bundan sonra adımı qoydular ‘TikTok dilənçisi’. Yazdılar ki, bu da başqalarına qoşulub dilənir”.
Aparıcı bu ittihamların onu çox məyus etdiyini vurğulayıb:
“Elə utandım ki… Ondan sonra TikTok-a ümumiyyətlə girmirəm”, — deyə Elgiz Əkbər qeyd edib.
Nilay