ÖZ XƏBƏR

MÜTDA  üçün 5 mühafizəçi  tutulacaq 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən mühafizə xidmətinin təşkilinin satın alınması üzrə keçirilən tenderin qalibi "Gesco" Açıq Səhmdar Cəmiyyəti elan edilib.

32gun.az xəbər verir ki,  tərəflər arasında 79.097,76 AZN məbləğində müqavilənin bağlanması gözlənilir.

Tender sənədlərində göstərildiyi kimi, xidmət çərçivəsində Post N1 üzrə inzibati binanın arxa girişində həftənin 5 günü gündüz saat 08:00-dan 18:00-dək 12 ay müddətinə bir nəfər mühafizəçinin cəlb edilməsi, həmçinin Post N2 üzrə inzibati binanın arxa və ön girişlərində həftənin 5 günü gecə saat 18:00-dan 08:00-dək iki nəfər mühafizəçinin xidmət göstərməsi və əlavə olaraq Post N3 üzrə şənbə və bazar günləri 08:00-dan növbəti gün 08:00-dək 12 ay ərzində daha iki nəfər mühafizəçinin növbəli qaydada fəaliyyətinin təşkili nəzərdə tutulur. Bu rejimin binaya giriş-çıxışa nəzarətin fasiləsizliyini təmin etməsi əsas məqsəd kimi qeyd olunub.

Satınalmaların portalı üzərindən apardığımız araşdırma göstərir ki, Dövlət Agentliyi son illərdə inzibati binalarda təhlükəsizlik standartlarının gücləndirilməsinə xüsusi diqqət ayırır. Mütəxəssislərin rəyinə görə, mühafizə xidmətinin peşəkar qurum tərəfindən icrası dövlət müəssisələrində intizamın və məlumat təhlükəsizliyinin qorunması baxımından müsbət nəticə verə bilər. Bununla yanaşı, ayrılan vəsaitin xidmətin real həcmi ilə uyğunluğu və iş müddətinin 12 ay kimi uzun dövrü əhatə etməsi ictimai nəzarət nöqteyi-nəzərindən şəffaflıq tələb edən məqamlar kimi dəyərləndirilir.

Ayaz

Oxşar Xəbərlər