ÖZ XƏBƏR

Eldar Əzizovun tabeliyindəki MMC 3 milyon xərcləmək istəyir

 Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun tabeliyindəki təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tender elan edib.

32gun.az xəbər verir ki,  icra orqanın rəhbərinin tabeliyindəki sözügedən MMC şəhər ərazisində səkilər, həyətlər, park və bağlarda abadlıq və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma həyata keçirəcək.

Ehtimal olunan qiymət 3.026.216,20 AZN olaraq göstərilib. 

Ayaz

Oxşar Xəbərlər