ÖZ XƏBƏR
DGK Mərkəzi Hospitalı 140 min manatlıq satınalma həyata keçirib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı tərəfindən patomorfoloji reaktivlərin və sərf materiallarının satın alınması ilə bağlı keçirilən satınalma proseduru yekunlaşıb.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “VİTTA ELMI-TEXNİKİ” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Sözügedən xidmət və malların alınması üzrə 140.932,12 AZN məbləğində müqavilənin bağlanması nəzərdə tutulur.
Qeyd edək ki, bu satınalma patomorfoloji müayinələrin keyfiyyətinin artırılması və tibbi proseslərin fasiləsiz təmin olunması məqsədi daşıyır.
Ayaz